Nə qədər ki, sülh müqaviləsi yoxdur... - ÖZƏL
2 Aprel 2025 14:34 Siyasət"Bu gün biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərin işğal tarixini deyil, müzəffər xalq kimi, qalib ölkə kimi Kəlbəcəri bir güllə atılmadan, hərbi əməliyyatlar keçirilmədən, siyasi yolla işğaldan azad etməyimizi öz doğma diyarımıza qaytmağımızı qürurla qeyd edirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Əlbətdə də ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Nə qədər ki, sülh müqaviləsi yoxdu (hətta olsa belə) biz edilən zülümləri, günahsız insanların öldürülməsini, cavan oğullarımızın şəhid edilməsi, qazi edilməsi, məhv edilmiş 30 ilimizi, tariximizi, uşaqlığımızı, gəncliyimizi, illərlə zəhmətlə qurub yaratdığımız ev-eşiyimizin bir anın içində məhv edilməsini unutmamalı, unutmağa qoymamalıyıq. Ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik, onların unutmayacağıq. Ruhları şad olsun".