Dörd gün davam edən döyüşlər Azərbaycan tarixinə şərəfli qələbə kimi yazıldı- ÖZƏL

"Aprel döyüşlərindən 9 il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi ardıcıl təxribatların qarşısı alındı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Dörd gün davam edən döyüşlər Azərbaycan tarixinə şərəfli qələbə kimi yazıldı. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi düşməndən azad olundu. Bu, Vətən müharibəsindəki əsas döyüşün başlanğıcı idi. Aprel döyüşləri Tarixi Zəfərə aparan yola işıq saldı, Azərbaycan xalqının qəhrəmanlığını, sarsılmazlığını növbəti dəfə nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31