ABŞ atəşkəsə niyə bu qədər maraqlıdır?- ÖZƏL
2 Aprel 2025 10:59 SiyasətABŞ bütün imkanları ilə həm Ukrayna və Rusiyaya təzyiq edir ki, müharibə dayansın. Bəs, ABŞ atəşkəsə niyə bu qədər maraqlıdır? Siyasi şərhçi Vüqar Dadaşov "Olaylar"a bildirib ki, ABŞ prezidenti Donald Trampın istəyi nə seçkiqabağı verdiyi sözə, nə də humanitar məqsədlərə söykənmir: "Donald Trampın Ukraynanın ABŞ-la mineral ehtiyatlarla bağlı müqaviləyə məcbur etmə cəhdi ortadadır. Bu, nəinki dünya ictimayəti, hətta Rusiya üçün əlverişli nəticəyə səbəb ola biləcək atəşkəsi özündə ehtiva edir. Rusiya ehtiyat edir ki, mineral ehtiyatlarla bağlı ABŞ - Ukrayna arasında müqavilə bağlanarsa ABŞ bütün Ukraynanı öz faktiki müstəmləkəsinə çevirməklə, həm də gələcəkdə Ukrayna ərazisində hərbi bazalarını yerləşdirə, yeni hərbi infrastruktur yarada bilər. Bu qeyri-rəsmi, ancaq faktiki Ukraynanın NATO üzvlüyü və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması deməkdir. Deməli, Rusiyanın Ukraynaya hücumu ilə qarşısına qoyduğu heç bir hədəfinə çata bilməyib. Əslində, Putin 2022-ci il 24 fevralda başladşğı müharibədə paytaxt Kiyevə hücumun məqsədi Zelenski hakimiyyətini devirmək və Rusiya üçün loyal olan birini hakimiyətə gətirmək idi. Bu müharibədə Rusiya üçün planda ən ideal nəticə Ukraynada hakimiyyət dəyişiliyi dururdu".