Ermənistanın Aİ ilə yaxınlaşması nominaldır– ÖZƏL
2 Aprel 2025 10:52 Siyasət"Ermənistanın Aİ ilə yaxınlaşması Rusiya ilə müəyyən problemlər yaradır. Faktiki olaraq Ermənistan son üç ildə KTMT-də üzvlüyünü dayandırıb. 2025-ci il üçün də bu təşkilatın büdcəsinə maliyyə vəsaiti ödəməkdən imtina edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Aİ ilə yaxınlaşması nominaldır".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Aİ-yə daxil ola bilmək üçün bir çox tələblər mövcuddur. Bunun olduqca uzun zaman çəkəcəyini də düşünmək lazımdır. Ermənistanın özü də Rusiya formatlarından müəyyən qədər uzaq durmağa çalışır. Ermənistanın Avrasiya İqtisadi İttifaqından dərhal çıxmaq niyyəti yoxdur. Çünki Ermənistan xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz bu təşkilat və Rusiyayla bağlıdır. Bu bağları birdən-birə qoparmaq Ermənistan üçün ağır nəticələrə gətirə bilər".
Zeynəb Rzayeva