Aprel qələbəsi millətimizin ruhunu yüksəltdi- ÖZƏL

"Böyük Zəfərin baş məşqi olan 2016-cı ilin aprel döyüşlərindən 9 il keçir. Apreldə qazanılan qələbə təkcə işğal altında olan bəzi ərazilərimizin düşməndən təmizlənməsi demək olmadı. Böyük hərbi-siyasi, diplomatik və mənəvi-psixoloji əhəmiyyət daşıyan bu qələbə ilə bütün dünyaya göstərildi ki, Azərbaycan necə olursa-olsun öz torpaqlarını işğlaçılardan azad edəcəkdir, Azərbaycanın qarşısını heç bir qüvvə kəsə bilməz. Aprel qələbəsi millətimizin ruhunu yüksəltdi". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclis  sədrinin  müavini  Musa Qasımlı deyib :
       "Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi  altında 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-da  lokal xarakterli antiterror tədbirlərinin yekununda təcavüzkar ölkə diz çökdü, ölkəmizdə separatizmin kökü kəsildi, dövlət suverenliyimiz bütün  ərazilərimizdə bərqərar edildi. Bayrağımız artıq hər yerdə dalğalanır. Azərbaycan xalqı tarixinin ən qüdrətli və qürurlu dövrünü yaşayır. Allah şəhidlərimizi rəhmət etsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31