Almaniya Prezidentindən soruşmaq istərdim-Deputat

"Almaniya Prezidenti Ştaynmayer Ermənistana gələn gün  dövlətinin maliyyələşdirdiyi "Deutsche Welle" də Qarabağda  baş verənlərin Qebbelsəcinə saxtalaşdırıldığı sənədli film yayımlandı ki,  cənab Ştaynmayerin  rəsmi səhifəsində Almaniya Demokratik Respublikasının bayrağının deyil də, "miatsum"çuların əski parçasının peyda olmasından da görünür ki, bu, qəsdən edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Dövlətimizin reaksiyasını görüb o əski parçasını da,  "Dağlıq Qarabağ"  sözünü də  "texniki səhv" adlandırıb rəsmi səhifəsindən yığışdırtdıran, ikinci dünya savaşında məğlubiyyətə uğradıqdan sonra ölkəsinin necə böyük kompensasiyalar ayırdığını yaxşı bilən Almaniya Prezidentindən soruşmaq istərdim, nasist soydaşlarının ötən əsrin 30-40-cı illərində etdiklərini təqribən yarım əsr sonra təkrarlayan, son günlər isə elə həm də onların ötürdüyü silahlarla  atəşkəsi dəfələrlə pozan sevimli Ermənistanlarına nə məsləhət görərdi, törətdiyi vəhşiliyin bədəlini səlibçi zehniyyətlilərdən  alacağı milyardlarlamı  ödəsin, yoxsa elə yenə həmən Almaniyanın borc qarşılığında Yunanıstandan tələb etdiyi kimi Azərbaycana torpaqlarının bir hissəsinimi versin, daha dəqiqi qaytarsın?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31