Ölkəmiz şanlı Qələbəsi ilə regionu erməni faşizmindən xilas etdi- ÖZƏL

"Tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini, həmçinin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamını xüsusi qeyd etməliyik". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Hər iki sənəd Azərbaycanın çoxəsrlik tarixinin vərəqlənməsində, ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara və türklərə qarşı törətdikləri faciələrin təbliğində öz sözünü dedi. Dünyaya səs salan tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsində də erməni vəhşilikləri diqqətdən kənarda qalmadı. Ermənilər  Xocalı faciəsinin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər terror aktlarını törətdilər. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də  uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdirdilər. Ermənilərin tarix boyu  insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının bu illər ərzində necə vəhşi millətlə üz-üzə qaldığını dünyaya çatdırdı. Ölkəmiz  şanlı Qələbəsi ilə  regionu, dünyanı erməni faşizmindən xilas etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31