Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon manat ayırdı - SƏRƏNCAM
1 Aprel 13:23 SiyasətPrezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamda göstərilən əkin sahəsinin suvarma suyu ilə təminatının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.