Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır- ÖZƏL
10:10 Siyasət"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır".Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "2022-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bunun əyani sübutudur. Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsidir. Azərbaycan qazının bu il Şimali Makedoniyaya müntəzəm tədarükü regionun enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu addım həm də Azərbaycanın Avropa qitəsini etibarlı enerji mənbələri ilə təmin etmək üzrə daha geniş strategiyasının bir hissəsidir. Ölkələr arasında enerji əlaqələrinin inkişafı təkcə iki ölkəyə deyil, həm də alternativ enerji mənbələrinə ehtiyacı olan bütün Avropaya təsir göstərən uzunmüddətli strateji tərəfdaşlığın mühüm elementidir.