Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib (FOTO)

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar tam aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, etnik və dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşiliklərin geniş və sistemli siyasətinin və praktikasının tərkib hissəsidir.

Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmaz olmalıdır.

Azərbaycan öz xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq", - paylaşımda deyilir.

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib (FOTO)

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib (FOTO)
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31