MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında
6 Mart 2025 15:25 SiyasətMartın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri-MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanınüzvü Fariz İsmayılzadə iştirak ediblər.
İclasda "Süni intellekt texnologiyaları haqqında", "MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi" və digər qanun layihələri ətrafında müzakirələr aparılıb. Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.