Türkiyə terrora qarşı mübarizədə qələbəyə yaxınlaşır - ÖZƏL

"Türkiyə terror təşkilatı qarşısında mühüm qələbə qazanıb. Türkiyədə terrorun demək olar ki, sonu çatır. 1980-ci illərdən bu yana Türkiyə terrora qarşı ciddi şəkildə mübarizə aparıb. Türk Silahlı Qüvvətlərinin köməyi ilə terror Türkiyə ərazisində kök ata bilməmişdir. Terror təşkilatlarına qarşı türk əsgəri həmişə qəhrəmancasına mübarizə aparmışdır". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Artıq bu reallığı qəbul edən terror təşkilatı və onların havadarları da anladı ki, Türkiyə dövləti ilə başa çıxa bilməyəcəklər. Ona görə burada türk siyasi iradəsi də çevik davrandı və Türkiyə terror təşkilatı rəhbərliyinə diktə etdi ki, siz bundan sonra bizimlə mübarizə apara, məqsədlərinizə nail ola bilməyəcəksiniz. Terror təşkilatının lideri  Abdullah Öcalan çağırış etdi və PKK-nın silahı buraxması, ləğv edilməsi gərəkdiyini bəyan etdi. Terror təşkilatının digər üzləri də onun bu çağırışına dəstək verdilər. Böyük ehtimal yaxında terror təşkilatı ləğv ediləcək və onun üzvləri Türkiyə dövlətinin ədalətinə sığınacaqlar. Bu mühüm addımdır, çünki Türkiyə bu mübarizədə çox ciddi insan itkisi, maliyyə, hərbi resurs xərcləyib. Ümid edirik ki, Türkiyə 21-ci əsrdə bu resursları daha faydalı yöndə istifadə edəcək və bizim torpaqlarımızı işğaldan azad edib tarixə ad yazdırdığımız kimi qardaş ölkə də terrorla mübarizədə qələbə qazanacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31