MDB PA-nın komissiya iclası keçiriləcək
16:08 SiyasətMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
İclasda MDB iştirakçısı olan dövlətlər üçün model Vergi Məcəlləsinin xüsusi hissələrinin layihələri, həmçinin "Strateji planlaşdırma haqqında", "Standartlaşdırma haqqında", "Lisenziyalaşdırma haqqında" və digər model qanun layihələri üzərində işin gedişi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.
Səfər martın 7-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31