Bolqarıstanda Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub (FOTO)

Azərbaycanın Bolqarıstandakı Səfirliyində Azərbaycan diasporu və səfirlik əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, diaspor üzvləri Sabir Quliyev və Nərgiz Əhmədova Xocalıda baş vermiş faciəli soyqırımı hadisələrini haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Çıxışlarda Xocalının Ermənistanın işğalından azad olunduqdan sonra Prezident İlham Əliyevin oraya səfərlərinə, sakinlərlə görüşlərinə diqqət çəkilib. Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarxlar nümayiş olunub.

Qeyd edilir ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Bolqarıstanda Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub (FOTO)

Bolqarıstanda Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub (FOTO)
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31