Bolqarıstan XİN rəhbəri Qlobal Bakı Forumunda iştirak edəcək
3 Mart 19:53 SiyasətBolqarıstanın xarici işlər naziri Georq Georqiyev Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcək.
Olaylar.az xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov bu gün Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.
Stoyanov qeyd edib ki, bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirləri arasında danışıqlar aparılıb.
"Görüş zamanı Ceyhun Bayramov və Georqiyev iqtisadiyyat, ticarət və enerji sahələrini əhatə edən strateji tərəfdaşlıq məsələlərini diqqət mərkəzində saxlayıb, regional və qlobal təhlükəsizliyə qarşı mövcud çağırışları müzakirə ediblər", - diplomat əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31