Ermənistan sülh istəyir, yoxsa mane olur?-EKSPERTDƏN AÇIQLAMA- ÖZƏL

Ermənistan hökuməti sülh çağırışları etsə də, eyni zamanda normallaşma prosesinə mane olur. Baş nazir Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, onun partiyası və rəsmi qurumlar revanşist mövqedən çıxış edirlər.

Məsələn, Ermənistan-Avropa İttifaqı parlament komissiyası Minsk Qrupu və Madrid Prinsiplərinə qayıdışı dəstəkləyib. Sabiq prezident Köçəryan Minsk Qrupunun ləğvinə qarşı çıxıb, parlament sədri Simonyan isə Qarabağdakı ermənilərin Azərbaycan Ordusuna müqavimət göstərməməsindən narazılıq ifadə edib. Bu, Ermənistanın hələ də revanşizm xəttindən tam uzaqlaşmadığını göstərir. Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. 
Ekspert bildirib ki, Ermənistan Azərbaycan ordusuna müqavimət göstərmək iqtidarında da deyil:
"Ermənistan - Azərbaycan münaqişəsi, İkinci Qarabağ müharibəsi artıq dörd il dörd aya yaxındır ki bitib və müharibə başa çatandan sonra Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsi hazırlandı və indiyə qədər də Ermənistan tərəfi bunu uzada- uzada gedir. Ermənistanın hazırkı rəhbərliyi bildirirlər ki, onlar sülh müqaviləsi bağlamaq istəyirlər, ancaq konkret addımlar da atmırlar. Demək olar ki, sülh müqaviləsinin çox hissəsi hazırdır, razılaşdırılıb. Əsas orada Azərbaycan üçün qəbul olunmayan, Azərbaycan Ermənistanın preambulasında Azərbaycana qarşı torpaq iddiası məsələsidir və bu da kəskin qarşılarına qoyulub ki, konstitusiya dəyişiklik etməlidir və Ermənistanda bu haqda informasiya yayırlar ki, bəli, real Ermənistan yaratmaq üçün onların da real konstitusiyası qəbul olunmalıdır və bunun üçün də artıq iş gedir. Ancaq təbii ki, Ermənistanda müəyyən qüvvələr var ki, onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmirlər. Bunu xüsusilə Ermənistanda olan beşinci kolon üzvləri, Rusiya Milli qüvvələr, təbii ki, istəmirlər. Ona görə də onlar yenidən Minsk qrupunu, Madrid sammitini diriltmək istəyirlər və bütün bunlar da boş xülyalardır. Ancaq o,  parlamentinin indiki sədri Semanyanın isə Qarabağdakı ermənilərin azərbaycanlılara, Azərbaycan ordusuna müqavimət göstərməməsi haqqında fikirləri də  elə həmin revanşist fikirlərdən biridir. Yəni Ermənistanın Azərbaycan ərazisində olan qeyri-qanuni silahlı birləşmələri heç Azərbaycan ordusuna müqavimət göstərmək iqtidarında da deyildi. Yəni güc fərqi var. Güclü Azərbaycan ordusu ən son silahlarla silahlanmış, döyüş hazırlıqları həyata keçirilmiş, NATO təlimlərinə uyğun təlimlərdən keçmiş, yəni hazırlaşmış ordunun qarşısında dəyana bilməzdilər və ona görə də müqavimət göstərə bilmədilər və elə  23 saat ərzində Qarabağda olan həmin o silahlı erməni birləşmələri məcbur olub təslim olur, ağ bayraq qaldırdılar və silahları təhlil edib rədd olub getdilər. Yəni, bunlar təbii ki, bir daha o Ermənistanda olan revanşist qüvvələrin işidir. Onların işi suları bulandırmaqdır. Ancaq Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib, Azərbaycan həmin 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqları işğaldan azad edib. Artıq orda yaradıcılıq, quruculuq işləri ilə məşğulluq, infrastruktur yaradırıq. Yollar çəkilib,indi isə kəndlər, şəhərlər salınır, müəyyən hissələr bərpa olunur, əsas torpaqlarımız minalardan təmizlənir, yəni çox böyük işlər aparırıq, yaradıcılıq, quruculuq işləri ilə məşğuluq. Görürük ki, Ermənistan isə sülhə, davamlı, dayanıqlı sülhə çalışmırlar. Burda da bir daha qeyd edirəm ki, bütün bunların kökündə həmin Rusiya, milli və Rusiyanın müəyyən dairələrindən qaynaqlanan qüvvələr həmin Minsk qrupunu istəyirlər diriltsinlər, Qarabağ məsələsini ortaya gətirmək istəyir. Bütün bunlar da hamısı boş, cəfəng bir məsələlərdir. Hesab edirəm ki, bu məsələlər onlara bir xeyir verəcək məsələlər deyil. Ermənistan istəsə də, istəməsə də, sülhə gələcək. Gəlmək istəməsə də, biz onları məcbur edəcəyik ki, onlar sülh bağlasın və Azərbaycan öz yaradıcılıq, quruculuq işlərini davam etdirsin. Yox, əgər onlar  bu gün Ermənistanın rəhbərliyi də məhz xarici qüvvələr, xüsusilə Fransanın təhriki ilə silahlanırlar,Hindistandan ,Fransadan silah alırlar. Ermənistan tərəfi fərqindədir ki, həmin silahlar onlar heç nə edə bilməzlər. Əgər yenidən onlar  Azərbaycana qarşı müharibəyə başlamaq seçsələr, Qarabağ haqqında nəsə fikir yürütmək istəsələr, o zaman bu dəfə çox ağır cavab olacaq. Azərbaycan özünün əvvəlki əzəli, əbədi torpaqlarını- Qərbi Azərbaycanı özünə qaytaracaq. Ermənistan həmin o özünün əvvəlki sovet hökumətindən qabaq 9000 kvadrat kilometr ərazisində qalmaq məcburiyyətində olacaq. Hesab edirəm ki, onlar konstitusiyalarında dəyişiklik edib, Azərbaycandan torpaq iddiasından əl çəkib,Azərbaycanla sülh müqaviləsi bağlamalıdır" .

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31