Zəngəzur dəhlizi Avrasiyanın inkişafına töhfə verəcək– ÖZƏL

"Zəngəzurun açılmasının əsas müsbət cəhəti bu dəhlizin kommunikasiya xətləri açılarsa, Azərbaycan və Ermənistan arasında davamlı sülh təmin olunacaqdır. Naxçıvanın sosial iqtisadi inkişafı daha çox təmin olunacaqdır. Azərbaycan bu günə kimi İran vasitəsilə bunu təmin edirdi. Ancaq indi fərqli kanalın olması həm Naxçıvanın inkişafına, həm də İranın strateji üstünlüyünün azaldılmasına səbəb olacaq. Üçüncüsü isə Azərbaycan Türkiyə əlaqələrinə töhfə verəcək". 



Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Dördüncüsü, türk dünyası daxildəki inteqrasiya proseslərini sürətləndirəcək. Şərqlə Qərb arasında kommunikasiyanın daha da intensivləşməsinə töhfə verərək bütün Avrasiyanın inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması xüsusi geosiyasi-geoiqtisadi əhəmiyyət kəsb edir. Mane olan əsas səbəblərdən biri Ermənistanın dekonstruktiv mövqeyi və Zəngəzur dəhliziylə bağlı hər dəfə fərqli fikirlər irəli sürməsidir. Azərbaycanın təıəbinə əsasən azərbaycanlıların Azərbaycanın bir hissəsindən bir hissəsinə maneəsiz keçməlidirlər. Ermənistan bunu reallaşdırmağa tələsmir. Buna qarşı çıxan digər tərəfsə İrandır. Düşünür ki, bu dəhliz açılarsa, onun regiondakı strateji dəyəri, rıçaqları azalmış olacaqdır. Çünki həm Azərbaycanın, həm də Ermənistanın İrandan asılılığı azalacaq. Zəngəzur dəhlizinin açılması Şərq-Qərb nəqliyyat dəhlizini möhkəmləndirdiyinə görə İranın geoiqtisadi və geostrateji maraqlarına tam uyğun olmaya bilər. Amma bu o demək deyil ki, İran bundan divident götürməyəcəkdir. Hər halda bu dəhlizim açılması Cənubi Qafqazda sabitliyinə, inkişafına, təhlükəsizliyinə töhfə verir. İranın baxış açısı reallığı əks etdirmir və prosesin uzanmasına söykənir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31