Azərbaycan qlobal problemlərin həlli istiqamətində qətiyyətli addımlar atır- ÖZƏL

"Hazırda böyük gücləri arasında balans pozulub. Dünyanın köhnə nizamı pozulub, yenisi isə doğula bilmir. Belə bir dövrdə Azərbaycan proqmatik siyasəti ilə seçilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında təkcə regional deyil, eləcə də qlobal məslələrin həllində mühüm rol oynayır. Azərbaycan beynəlxalq qlobal problemlərin həlli istiqamətində lazımı qətiyyətli addımlar atır. Beynəlxalq arenada güclü nüfuzumuz bu qətiyyətli qərarların nəticəsidir. İnanırıq ki, İlham Əliyevin qəqətiyyətli siyasəti nəticəində əldə edilən milli həmtrəylik bütün hədəfləri dəf etməyə imkan yaradacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31