Erməni tarixçisi: Hakimiyyət Qarabağı tarixdən silməyə çalışır– ÖZƏL

Olaylar.az xəbər verir ki, tarixçi Arman Maloyan Ermənistanda yeni dərsliklərdə Qarabağla bağlı məlumatların məqsədli şəkildə çıxarıldığını bildirib. Onun sözlərinə görə, bu siyasət milli dəyərlərdən imtina və onların qlobal dəyərlərə tabe etdirilməsi tendensiyasının bir hissəsidir.

Maloyan vurğulayıb ki, xüsusilə "Erməni tarixi" fənninin adının dəyişdirilərək "Ermənistan tarixi" adlandırılması və 11-ci sinif dərsliklərində Qarabağın adının çəkilməməsi bu prosesin tərkib hissəsidir. O qeyd edib ki, sentyabrdan etibarən 9-cu siniflər üçün əvvəlki dərsliklər ləğv ediləcək və yeni dəyişikliklər qüvvəyə minəcək.

Müqayisə üçün Maloyan Azərbaycanın müxtəlif saytlarını misal gətirərək bildirib ki, orada erməni yaşayış məntəqələrinin adları Azərbaycan variantında verilir.

Tarixçi qeyd edib ki, yeni dərsliklərdə erməni soyqırımı mövzusunda ciddi dəyişikliklər edilməsə də, ümumən dənasionalizasiya tendensiyası diqqət çəkir.

Tarixçi eyni zamanda erməni apostol kilsəsinə dair mövzuların da dərsliklərdən çıxarıldığını bildirib. O, müəllimləri bu prosesə susmamağa və milli dəyərlərin qorunması uğrunda mübarizə aparmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31