Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər
27 Fevral 2025 14:56 SiyasətMilli Məclisin deputatları Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləriizləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki,
səfər çərçivəsində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat AnatoliyRafailov MDB Parlament Assambleyasının, deputat AzərBadamovisə MDB İcraiyyə Komitəsinin xətti iləTacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və seçki günü məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər.
Səfər martın 3-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31