Qəzza ilə yanaşı bütün Fələstin İsrailin tərkibinə keçəcək- ÖZƏL
27 Fevral 2025 14:23 Siyasət"Yeni dünya düzənində İsrailin Yaxın Şərqdə əsas və böyük dövlət kimi formalaşdırılması artıq razılaşdırılmış və qəbul edilmiş reallıqdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar dadaşov deyib: "İsrail bütün dünyada yeganə yəhudi dövləti olduğu halda, ərəblərin isə dünyada BMT tərəfindən tanınan 22 dövləti var. Hətta ərəb dili BMT-nin 7 rəsmi dilindən biridir. Fələstin ərəblərinin yeni bir dövlət qurumasının "xalqların öz müqəddəratını təyinetmə prinsipi" kimi beynəlxalq hüquq normalarına uyğunluğu yoxdur. ABŞ prezidenti Donald Trampın Qəzzadan fələstinlərinin köçürülmə istəyi də əslində beynəlxalq aləmdə əsas güclərin gəldiyi razılaşmadı. Nəinki Qəzza, bütün Fələstin İsrailin tərkibinə keçəcək. Yeni dünya düzənində Türkiyənin Osmanlı imperiyası ərazilərində, eləcə də bütün dünyada nüfuzunun, təsirinin bərpası İsrailin dövlət kimi güclənməsi ilə paralellik və qarşılıqlı razılaşma əsasında gedir".