Erməni vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi- ÖZƏL
27 Fevral 2025 14:07 Siyasət"Ermənilərin millətimizə qarşı törətdikləri vəhşiliklər xalqımızın iradəsini qıra bilmədi və Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanında aldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Otuz ilə yaxın müddət ərzində bir çox beynəlxalq təsisatlar Qarabağ münaqişəsini guya ki, sülh yolu ilə həll etməyə çalışsalar da, əslində, onların məqsədi bu münaqişəni dondurmaq, Azərbaycana hərbi yolla öz ərazilərini geri almağa imkan verməmək və illər sonra xalqımızı işğal faktı ilə həmişəlik barışdırmaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Şanlı ordumuz Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavənd şəhərləri digər qalan ərazilərimizlə birgə separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran möhtərəm dövlət başçımız İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi".