Ukrayna geosiyasi alverin mərkəzində– ÖZƏL

"Ukraynanın taleyi hazırda keşməkeşli bir dövrdən keçir. Bu ölkəni çətinliklər gözləyir və əslində, bu, proqnozlaşdırılan bir hal idi. Çünki Qərb məsələdə birmənalı mövqe sərgiləmədiyindən Ukrayna davamlı olaraq problemlərlə üzləşib. Son üç il ərzində Ukrayna bu müharibədə Qərbin ardıcıl və qəti dəstəyini görməyib. Sadəcə bəyanatlar verilib, Ukraynanın yanında olduqlarını bildiriblər. Vaxtaşırı maliyyə yardımları, silah və ağır texnika göndəriblər. Lakin bütün bunlar yetərli olmayıb və Ukrayna indi çox çətin vəziyyətlə üz-üzə qalıb".

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Hazırda siyasi alver gedir. Amerika Birləşmiş Ştatlarının prezidenti, Donald Tramp Rusiya ilə Ukrayna arasında daha çox nə əldə edə biləcəyini düşünərək hərəkətə keçib. Ukraynanın mineralları ilə bağlı bu ölkəyə təzyiqlər var. ABŞ tərəfdən olduğu kimi, Rusiya da bazara öz şərtləri ilə daxil olub. Faktiki olaraq ABŞ, ştatlarına daha yaxşı təkliflər edərək vəziyyətdən çıxmağa çalışır.

Belə bir şəraitdə Ukraynanın gələcəyi çətin görünür. Bununla belə, düşünmürəm ki, Ukrayna bütövlükdə qurban veriləcək və ya Rusiyanın əlaltısına çevriləcək. Bəlli bir müddət keçdikdən sonra Ukrayna toparlanacaq, güclənəcək və torpaqlarını geri ala biləcək. Necə ki, Azərbaycan uzun illər səbr və təmkinlə güclənərək torpaqlarını hərbi yolla geri aldı, Ukrayna da oxşar bir mərhələdən keçməli olacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31