İsrail və ABŞ-ın Rusiyaya qarşı qətnamənin əleyhinə çıxması nəyə mesajdır?- ÖZƏL

"BMT Baş Assambleyasında İsrailin ABŞ ilə birgə Rusiyaya qarşı qətnamənin əleyhinə çıxması Ukraynadan daha cox İranda həyacan doğurmalıydı və Sergey Lavrovun Tehrana səfəri onu göstərir ki, elə doğurub da. Niyə? Məsələ burasındadır ki, ABŞ və İsraillə yanaşı daha16 dövlətin əleyhinə səs vermələrinə baxmayaraq  qətnamə 93 ölkənin "hə" deməsiylə təsdiqlənib. Yəni Ukrayna istəyinə çatıb.  İsrailin belə bir mövqe sərgiləməsi isə təkcə Ukrayna ilə bağlı ABŞ-Rusiya dialoqunu dəstəkləməsi anlamı daşımır. Bu, Təl-Əvivlə Moskvanın Yaxın Şərqdə yenidən anlayış içərisində hərəkət edəcəklərindən də xəbər verə bilər. Bunun nə demək olduğu isə İran rəhbərliyinə, özəlliklə də SEPAH-ın başında duranlara Suriyadakı təcrübələrindən bəllidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Məncə, Rusiyanın xarici işlər naziri tehrandakılara rəqib gözündə gördükləri Səudiyyənin paytaxtında ABŞ rəsmləri ilə apardıqları danışıqlarda onların əleyinə heç nə olmadığını və bütün hallarda  bu yaxınlarda imzaladıqları strateji tərəfdaşlıq sənədində nəzərdə tutulanlara əməl edəcəklərini çatdırmaq üçün oradadır. Həmən sənəddə isə tərəflər üzərlərinə öhdəlik götürülər ki, biri təcavüzlə üzləşərsə, digəri təcavüzkara dəstək verməyəcək.Yəni bir-birini qorumağa qalxmayacaqlar, ancaq düşmənlərinə yardım da göstərməyəcəklər.
Xatırladım ki, bu maddə o zaman bir çox ekspertlərdə gülüş doğurmuşdu. Amma görünür ki, Rusiya ilə İran arasındakı strateji tərəfdaşlıq anlaşmasında belə bir maddəyə doğrudan da ehtiyac varmış".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31