Azərbaycan-Pakistan münasibətləri: güvənli strategiyaya söykəniş
28 Fevral 2025 10:15 SiyasətAzərbaycan-Pakistan münasibətləri tarixi köklərə, xalqlarımızın qarşılılı ehtiramına əsaslanan bağlantılarına, uzun illərin dostluq və qardaşlıq münasibətlərinə söykənir. Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Sonrakı illərdə ən yüksək səviyyələrdə qarşılılı səfərlər iki ölkə arasında güvənc, inam və etimadın möhkəmlənməsinə, siyasi və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edib. Azərbaycanla Pakistan münasibətləri-sözdə, fikirdə və əməldə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabər hüquqlu əməkdaşlıq nümunəsidir. Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi fəaliyyəti mühüm nəticələr verir. Bu kontekstdə Azərbaycanla Pakistanın beynlxalq arenada da bir-birinə davamlı dəstəyi və yürütdükləri ortaq maraqlara əsaslanan siyasət yüksək qiymətə layiq yaxşı nümunədir.
Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, Ermənistan öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edən zaman Pakistan Qarabağın işğalına öz kəskin etirazını bildirməklə yanaşı, həm də Ermənistanla diplomatik əlaqə qurmayıb və Azərbaycanın ərazi bütövlüyünü daim birmənalı şəkildə dəstəkləyib. Pakistan Türkiyə ilə yanaşı müxtəlif tribunalardan Ermənistanla işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir.Azərbaycan da Kəşmir məsələsində Pakistanı dəstəkləyir və Azərbaycanın bu məsələdəki mövqeyi Pakistan tərəfindən yüksək qiymətləndirilir: "Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə ilə yanaşı, Pakistanın da prinsipial mövqeyini,siyasi və mənəvi dəstəyininin şahidi oldu.Vətən müharibəsi zamanı İslamabad öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verdi.Təsadüfü deyil ki, Vətən müharibəsi günlərində və ondan sonra Bakıda və ölkəmizin əksər şəhər və digər yaşayış məntəqələrində Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı dalğalandı. Pakistan sıradanbir dövlət deyil, İslam Dünyasının yeganə nüvə dövlətidir, kifayət qədər nüfuza və təsir gücünə malikdir. Azərbaycanın belə bir güc sahibi olan ölkə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlər 44 günlük Vətən müharibəsindən sonra da postmüharibə dövrünü məntiqinə uyğun surətdə və hər iki tərəfin səyi ilə bu münasibətlərdə davamlı müsbət dinamika özünü göstərir. Qarşılıqlı yüksək etimada əsaslanan siyasi dialoqlar, dərinləşmiş hərbi, hərbi-texniki və hərbi təhsil əlaqələri kontekstində bu münasibətlərin müsbət dinamikası Pakistanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən müttəfiqlərdən birinə çevirib. Azərbaycan prezidentinin 2024-cü ilin iyulunda Pakistana səfəri zamanı əldə edilən nəticələr nəinki diplomatik əlaqələrimizi möhkəmləndirdi, həm də siyasi, iqtisadi və strateji əməkdaşlığın yeni fəsillərini açdı və iki qardaş ölkə arasındakı münüsibətlərin daha yüksək mərhələyə keçməsinə ciddi təkan verdi.Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin iyulunda Pakistana səfəri zamanı və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu ilin fevralında Bakı aparılan danışıqlar,keçirilən görüş və tədbirlər,imzalanan sənədlər Azərbaycan-Pakistan tətəfdaşlığının yeni mərhələsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan digər tədbirlər iki ölkə arasında münasibətlərinin strateji,qarşılıqlı və regional kontekstlərdə çəkisini ortaya qoydu .Göründü ki, həmişə olduğu kimi, yeni mərhələdə də Azərbaycan-Pakistan tərəfdaşlığının zənginləşdirilməsinə münasibətdə siyasi iradə və siyasi istək ortadadır. Ölkələrimiz arasında əsl qardaşlığa, etimada və səmimiyyətə əsaslanan dərin köklü əlaqələr Azərbaycan-Pakistan münasibətlərinin genişlənməsi və dərinləşməsi üçün ciddi əsaslar yaradıb və mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan-Pakistan münasibətləri çox güvənli strategiyaya söykənən münüsibətlərdir və ölkəmizə qarşı artan təzyiq və təhdidlər fonunda çox mühüm çəkindirici güc funksiyasını yerinə yetirə və Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə güclü dəstək verə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxışları zamanı səsləndirildiyi kimi, Azərbaycan və Pakistan ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək verir, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edir və iştirak etdikləri bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyir.İki qardaş ölkə beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcək. Pakistan Baş nazirinin bu səfəri zamanı 10-dan artıq sənəd imzalanıb. Onların arasında iki ölkənin enerji şirkətləri arasnda əməkdaşlığa dair sənədlər də var. Enerji sahəsində əməkdaşlıq sənədlərinə bu gün maye qaz daxildir.Əminlik ifadə olnub ki,bu sahədə əməkdaşlıq daha da genişlənəcək və digər sahələri də əhatə edəcəkdir".
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, Azərbaycana dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və verilən bəyanatlar olduqca mühüm əhəmiyyət kəsb edir. Deputat bildirib ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri münasibətlərin inkişafına öz təhfəsini verəcək: "Azərbaycanla Pakistan arasında münasibətlər sarsılmaz təməllərə söykənir və bu iki dost, qardaş ölkə hər zaman bir-birinin yanındadır. Yüksək səviyyəli münasibətlər bunun bariz nümunəsidir. Dostluq və qardaşlığın nəticəsi olaraq ölkələr arasında strateji tərəfdaşlıq mövcuddur. Sözsüz ki, Pakistan Baş nazirinin bu səfəri ölkələr arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcək. İki dövlət hər zaman olduğu kimi, bundan sonra da beynəlxalq qurumlarda bir-birini dəstəkləməkdə davam edəcək. Səfər çərçivəsində Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq, sərmayə imkanlarına aid praktiki layihələr də müzakirə edilib. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanan sənədlər bunu təsdiq edir. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata vermiş olduğu birgə bəyanatda da bir sıra vacib məsələlərdən bəhs ediblər. Dövlətimizin başçısı vurğulayıb ki, Pakistana dövlət səfəri zamanı rəsmən Azərbaycanın Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu qeyd olunub. Bu amillər isə ölkələrimiz arasında əməkdaşlığın daha geniş spektorları əhatə edəcəyini nümayiş etdirir. Bütün bunlarla yanaşı, ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi bir daha bəyan edilib".
Millət vəkili bildirib ki, Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hər zaman birmənalı dəstək verib: "Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Pakistan İslam Respublikası olub (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilib. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib. Pakistan ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman birmənalı dəstək verib. Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmayıb. Məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimləri bu təcavüzü qətiyyətlə pisləyən bəyanatlarla çıxış ediblər. Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirib. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul edib. Həmçinin, Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul olunub. Sözsüz ki, Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Bu mənada iİki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Hilal-e Pakistan" ordeni ilə təltif edilib". Sevinc Hüseynova vurğulayıb ki, Vətən müharibəsində qardaş Türkiyə ilə bərabər Pakistan da Azərbaycanla həmrəylik nümayiş etdirib: "Tarixi Zəfərdə hər üç qardaş dövlətin bayraqlarının yan-yana dalğalanması olduqca qürurverici idi. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyinə dəstəyini ifadə edib. Azərbaycan dövləti bu məsələnin beynəlxalq hüquqa əsaslanaraq həllinin tərəfdarı olduğunu bəyan edib. Təbii ki, Azərbaycan-Pakistan arasında əməkdaşlıq üçün perspektivlər olduqca böyükdür. Müdafiə, təhlükəsizlik, enerji, infrastruktur, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə Azərbaycanla Pakistan arasında əməkdaşlığın xarakterini göstərir".
Alim