Levon Koçaryan suyu bulandırmağa çalışır– ÖZƏL

"Levon Koçaryanın sözləri ilə bağlı şərh verməzdən öncə bildirmək istəyirəm ki, əgər hüquq onu bu qədər maraqlandırırsa, ilk öncə atasının cinayətlərini araşdırsın. Birinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra ekoloji terrorun necə fəal iştirakçılarından, dəstəkçilərindən və "lider"lərindən biri olduğunu araşdırsın".


 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Atasının rayonlarımızın işğalında törədilən qətliamlara rəhbərlik etməsinə diqqət yetirərək necə bir caninin oğlu olduğunu nəzərdən keçirdikdən sonra hüquqdan danışsın. Qarabağdan ermənilərin zorla çıxarıldığını bildirsə də, bütün dünya bilir ki, belə bir fakt yoxdur və bu, absurddur. Azərbaycan Qarabağda antiterror əməliyyatı həyata keçirdikdən sonra sivil ermənilərə Qarabağda yaşamaq təklifini verdi. Çox az qisim də olsa, bununla razılaşdı və Qarabağda qaldı. Əksər qisim isə öz istəkləri ilə qayıtdılar. Azərbaycanın onların gediş prosesini heç bir insan hüquqlarını pozmadan həyata keçirdiyini bütün dünya gördü. Levon Koçaryan suyu bulandırmağa çalışır. Soyadının "haqqını verir". Robertin oğlundan bundan artığın gözləmək olmazdı. Atası ilə tək fərqi odur ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan güc cəhətdən zəif idi, bu gün isə onun dönəmində Azərbaycan qalibdir. Levonun silahla bizə qarşı gəlməyə gücü yetmədiyindən hüquq pərdəsi altında bunları etməyə çalışır. Azərbaycan heç kimin hüququnu pozmadığından hüquq məsələsi ilə bağlı dedikləri də adamın söylədiklərinin cəfəng olduğu bir daha sübut edir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31