İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Olaylar.az-ın məlumatına görə, bəyanatda 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində baş vermiş soyqırımın 33-cü ildönümü münasibətilə İƏT-in Baş katibi Hissein Brahim Tahanın faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilir.

Baş katib Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının bir nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilən Qahirə Yekun Bəyannaməsinin 117-ci bəndinə və 2024-cü ildə Kamerunun Yaunde şəhərində baş tutan İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilən "1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında" 47/50-POL saylı Qətnaməyə istinad edərək, işğal altındakı Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31