Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır - Hakan Fidan
26 Fevral 2025 13:17 SiyasətTürkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan özünün "X" səhifəsində yazıb.
"İllər keçməsinə baxmayaraq ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.
Türkiyə dünən və həmişə olduğu kimi Can Azərbaycanıın yanındadır", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31