Cəmiyyətin böyük ruh yüksəkliyi möhtəşəm Zəfəri təmin etdi- ÖZƏL
26 Fevral 2025 12:16 Siyasət"Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazandı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: " Xalq-Lider vəhdəti, güclü iqtisadi potensial, qüdrətli ordu, cəmiyyətdə mövcud olan böyük ruh yüksəkliyi möhtəşəm Zəfəri təmin etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda qürurla dalğalanır. Beləliklə, düşməndən Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qisası alındı. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı".