Ermənistan hökuməti büdcəni talamaqda ittiham olundu – ÖZƏL

Ermənistan hökuməti öz səfərləri, mükafatları və zövqləri üçün büdcədən böyük məbləğlər xərcləyir, lakin rəsmi tədbirlərə qənaət edir və onları düzgün təşkil etməkdən yayınır.

Olaylar.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb.

Məqalədə Ermənistan - Aİ Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclasında dəvət olunan çox pis tərcüməçinin seçilməsindən bəhs edilir. Qəzetin məlumatına görə, bu, hakim "Vətəndaş Müqaviləsi" partiyasının nümayəndələrinin, Avropa qonaqlarının çıxışlarını hakimiyyət üçün xoş olan leksikonda tərcümə edəcəyinə dair seçdikləri tərcüməçi kimi görünür. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Vasili Marqosun çıxışı belə tərcümə olunub: "Aİ, ermənilər Dağlıq Qarabağdan qaçmağa başlayanda Ermənistanın yanında oldu."

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan, Dağlıq Qarabağdan olan bir jurnalistə deyib: "Qalsaydınız, döyüşsəydiniz, Ermənistana qaçmazdınız." Bu ifadə bir neçə saniyə sonra Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinin media orqanlarının xəbərlərinə başlıq olub. Marqos  çıxışında "qaçış" sözünü işlətmədiyi halda, buna görə onun adından bu ifadə irəli sürülüb.

Qəzetin məlumatına görə, tədbir zamanı digər tərcümə səhvləri də olub. Məsələn, Aİ müşahidəçiləri missiyası ilə bağlı məlumatda Ermənistana 4 min patrulun gətirildiyi qeyd edilib, halbuki söhbət müşahidə sayı və sairədən gedirdi. Həmçinin, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı mətbuat konfransı pis tərcüməçi səbəbindən pozulub, Ermənistan parlamentinin aparatının baş katibi Vaqram Naribekyan isə cəzalandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31