Türkiyə XİN Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi
26 Fevral 2025 11:41 SiyasətTürkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sosial media hesabında paylaşım edilib.
"33 il əvvəl Xocalıda qətlə yetirilmiş günahsız azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmət və ehtiramla yad edir, əziz Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq", - paylaşımda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31