Bütün xocalılar öz isti ocaqlarına qayıdacaqlar- ÖZƏL
26 Fevral 2025 11:03 Siyasət"Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldaraq xalqımızda milli qürur anları yaşatdı. 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməli qoyan cənab İlham Əliyevin iştirakı ilə xalqımız ilk dəfə Xocalı soyqırımı gününü Xocalıda qeyd etdi. Ali Baş Komandan bəyan etdi ki, 32 ildən sonra biz doğma torpağımıza qayıtmışıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı
Ramid Namazov deyib: "Nəhayət, Xocalı sakinlərinin bu həsrətinə son qoyuldu. 2024-cü il mayın 28-də, Müstəqillik Günündə Xocalı şəhərinə ilk sakinlərin köçü gerçəkləşdi. Bu tarixi qürurverici hadisə, möhtəşəm mərasim həm də "Xocalıya Ədalət"in təntənəsi idi. Böyük Qayıdışa Xocalı səhifəsi yazılan bu qürurverici hadisə geridönüşün birinci mərhələsi idi. 2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə görüşən Prezident İlham Əliyev bəyan etdi ki, digər yaşayış evlərinin və infrastruktur işlərinin tamamlanmasından sonra bütün Xocalılar öz isti ocaqlarına qayıdacaqlar.
Beləliklə, Azərbaycan dövləti tək Xocalı faciəsini törədənlərin deyil, buna uzun illərdir ki, göz yuman xarici havadarlarının da cəzasını verdi. İnsanlıq əleyhinə dəhşətli cinayətlər edən şəxslərin bir qismi Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edərək ədalət məhkəməsi qarşısına çıxarıldı. Digər müharibə cinayətkarlarının da ədalət məhkəməsi qarşısında dayanacağına heç bir şübhə yoxdur".