Bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi cinayət heç zaman unudulmayacaq- ÖZƏL

"Ermənistanın Xocalıda təkcə millətimizə deyil, eyni zamanda bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayət heç bir zaman unudulmayacaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib:  "Xocalı soyqırımı qurbanlarının xatirəsi daim millətimizin qəlbində yaşayacaqdır. Biz bu günü həm də ona görə anırıq ki, gələcəkdə bir də belə hadisələr təkrarlanmasın. Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı! Qisasları alındı! Qürur mənbəyimiz olan dövlət bayrağımız bütün ölkəmizin hər bir yerində dalğalanır! Soyqırımı qurbanlarının qatillərinin bəziləri bu gün Bakıda ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu soyqırımını heç vaxt unutmadıq və unutdurmayacağıq! Xocalı şəhərində tikilən Soyqırımı Memorial Kompleksinin təməlini qoyan və bununla bağlı tarixi sərəncamı imzalayan cənab Prezidentimiz İlham Əliyevi Allah qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31