Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Yaycı kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə, həmçinin Yaycı kəndindən olan şəhidlər Hüseynli Rəşad Ramiz oğlu, Bayramov Bağır Tahir oğlu, Nəcəfov Məzahir Ramazan oğlu və Rzalı Daşqın Elşad oğlunun  ailələrini evlərində ziyarət edib. Şəhid ailələri ilə görüşlərdə millət vəkili bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin şücaətini hər zaman yüksək qiymətləndirir,  ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Millət vəkili kəndin ən yaşlı sakini -102 yaşlı Səfərov Abdulla Qasım oğlunu da evində ziyarət edib, ona cansağlığı arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31