Zəngəzur dəhlizinin açılması… – Cevdet Yılmaz
25 Fevral 2025 16:06 SiyasətOrta Dəhlizin inkişaf etdirilməsi son dərəcə kritik məsələdir.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək.
C.Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31