Arman Yeqoyan özünü kimə göstərir? – ÖZƏL
25 Fevral 2025 16:09 SiyasətOlaylar.az xəbər verir ki, Milli Assambleyanın Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Arman Yeqoyan, Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında, Azərbaycanın Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun "Bakı, Ermənistanın konstitusiya dəyişiklikləri ilə Azərbaycanın ərazi iddialarından imtina etməsini gözləyir" bəyanatını özünəməxsus şərh edib.
Yeqoyan bu bəyanatı Ermənistan Respublikasının konstitusiya islahatlarına maneə kimi qiymətləndirib. O bildirib ki, Azərbaycanın nümayəndələri, belə bir bəyanatın Ermənistanda hansı reaksiyanı doğuracağını yaxşı bilirlər və konstitusiya islahatlarının həyata keçirilməsinə mane olmağa çalışırlar.
"Bu bəyanatı belə qiymətləndirirəm," - deyə Yeqoyan vurğulayıb. O həmçinin qeyd edib ki, Azərbaycan-Ermənistan sülh sazişinin 17 maddəsindən 15-i artıq razılaşdırılıb və qalan iki maddədən heç biri Ermənistanın konstitusiyasını əhatə etmir.