Paytaxt hansı şəhərə köçürülə bilər- ÖZƏL

İctimaiyyət arasında Azərbaycanın paytaxtının dəyişdirilməsilə bağlı müzakirələr uzun müddətdir ki, gündəmi zəbt edib. Maraqlıdır, yeni paytaxtın salınması üçün namizəd şəhərlər varmı və bu, ölkəmizə nə vəd edir?

"Olaylar"ın xəbərinə görə, hüquqşünas Alim Hüseynli bildirib ki, paytaxt Bakının regionlara köçürülməsilə bağlı ən müxtəlif fikirlər mövcuddur: "Nəzərə almaq lazımdır ki, yeni paytaxtın salınması elə də asan məsələ deyil. Ancaq beynəlxalq praktikada belə hallar müşahidə olunur. Azərbaycanda yeni paytaxtın salınması üçün kifayət qədər potensial var. Regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası nəticəsində əyalət şəhər və rayonlarımız kifayət qədər inkişaf edib. Hazırda da regionların inkişafı ilə bağlı uzunmüddətli inkiaf proqramların icrası davam etdirilir. Xüsusən işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa işləri aparılır. Demək olar ki, azad edilmiş bir çox rayonlarda bütün lazımi infrastruktur yaradılıb. Hətta beynəlxalq aereportlar isitismara verilib. Bu isə o deməkdir ki, yeni paytaxtın işğaldan azad edilmiş rayonların birində salınması mümkündür. Birmənalı şəkildə qeyd etmək olar ki, Ağdam və Xankəndi kimi şəhərlər paytaxt statusuna namizəd ola bilər".  
A.Hüseynli qeyd edib ki, paytaxtın sözügedən rayonlara köçürülməsi bir necə amildən sərfəlidir: "Birincisi paytaxt Bakı əhali və istehsal müəssisələri baxımından yüngülləşər. Nəticədə urbanizasiya prosesi öz axarı ilə davam edər. Digər tərəfdən, həmin ərazilərdə salınacaq ağır və yüngül sənaye müəssisələri ölkə iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəsini verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31