Ortaq dini dəyərləri və tarixi qardaşlıq bağları ilə seçilən Azərbaycan Pakistan münasibətləri- ÖZƏL

"Azərbaycan global müstəvidə güclü və müstəqil aktor kimi mövqelərini gücləndirməyə davam edir. İslam dünyanın nüvə silahına malik yeganə dövləti, hərbi lokomotivlərindən biri olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri əhəmiyyətli hadisədir". Olaylar xəbər verir ki, bunu Siyasi şərhçi Pərviz Mirizadə deyib: "İkitərəfli münasibətlərin xarakteristikası bütün sahələrdə dinamik inkişafı şərtləndirir. Pakistan həm böyük bazar, həmdə yüksək texnoloji imkanlara sahib dövlətdir. Xüsusilə, hərbi sənaye kompleksi baxımından. Rəsmi Bakı uzun müddətdir İslamabadla qeyd etdiyim sferada sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında ötən il imzalanan 1,7 milyard dollarlıq hərbi texnika alqı-satqı müqaviləsi Pakistan hərbi müdafiə sənayesinin bir səfərdə tarixinin bir ən böyük ixrac uğurudur. 

Hal hazırda istər iqtisadi, istər də hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək üçün əlverişli şərait  mövcuddur.  Bilindiyi kimi Azərbaycan Müdafiə sənayesi gənc olmasına baxmayaraq kifayət qədər ciddi işlərə imza atıb və perspektivdə daha çox çeşiddə hərbi avadanlıqların istehsalı planlaşdırılır. Belə olduğu təqdirdə Pakistanla ortaq müəssələrin qurulması və texnologiya transferi istehsal potensialımızı əhəmiyyətli dərəcədə artırmağa şərait yaradar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31