Tarixi Zəfərimiz ermənilərin xəyallarına son qoydu- ÖZƏL
25 Fevral 2025 13:03 Siyasət"Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ermənilərin xəyallarına son qoydu. 30 il işğal altında qalan torpaqlarımız öz sahibinə qovuşdu". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Bu gün bu ərazilərimiz bərpa edilir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Suverenliyimizin bərpasından qısa müddətdə Xocalı şəhəri də sakinlərinə qovuşan şəhərlərimiz sırasında yer tutdu. Ötən il 28 mayda bu sevinci yaşayan xocalılarla görüşündə dövlət başçısı İlham Əliyev bildirmişdir ki, Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi".