YAP regionun ən möhtəşəm siyasi təşkilatına çevrilib - ÖZƏL

"Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandı. Qısa müddətdə iqtidar partiyasına, eləcə də regionun ən möhtəşəm siyasi təşkilatına çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası inkişafın yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər cəmiyyətdə böyük inam və etimada sahib olan partiyanın nüfuzunu daha da yüksəldib".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31