ABŞ Rusiya üçün daimi düşmən yaratmağa nail oldu- ÖZƏL
25 Fevral 2025 10:35 Siyasət"Rusiya hərbi qələbəsini qazanıb, ancaq Ukrayna xalqı məğlubiyyəti qəbul etməyəcək və münaqişə zaman-zaman müxtəlif dövrlərdə canlanacaq". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: " Tramp və Putinin tələbləri ilə Ukrayna prezidenti Zelenski hakimiyyətdən getsə, hətta Rusiyaya və ABŞ-ın maraqlarına uyğun birisi hakimiyyətə gətirilsə də, Rusiyanın Ukraynadan əldə etdiyi torpaqları rahatlıqla həzm etməsinə imkan verilməyəcək. ABŞ Rusiya üçün daimi münaqişə və düşmən yaratmağa nail oldu. Bu həm də ABŞ-ın Avropa və Rusiya üzərində strateji qələbəsidir. Hərçənd ki, Zelenskinin hakimiyətdən getməsi o qədər də inandırıcı deyil. Əksinə, Ukraynasız ABŞ - Rusiya danışıqları, Trampın davranışları Zelenskinin ölkə daxilində reytinqini qaldırıb.
Rusiyanın Ukrayna üzərində hərbi qələbəsi əslində Rusiya dövlətçiliyi, Putin hakimiyyəti üçün çox böyük və ciddi çətinliklər gətirəcək. Birinci Dünya Müharibəsində olduğu kimi, Rusiya bu müharibədə qalib olsa da, siyasi, iqtisadi nəticələri onu uduzduracaq. Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu çox çəkə bilməz".