Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edib
16:01 SiyasətAvropa İttifaqı Suriyaya qarşı eneji və nəqliyyat sektorunda tətbiq etdiyi sanksiyaları ləğv edib.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi bəyanatında deyilir.
Aİ, eyni zamanda, dörd Suriya bankını və Suriya Ərəb Hava Yolları Şirkətini "qara siyahısından" çıxarıb. Bundan başqa, rəsmi Brüssel Suriya Mərkəzi Bankına maliyyə vəsaitlərinin ayrılmasına icazə verib.
"Şura bu gün Suriyadakı vəziyyətlə əlaqədar qəbul olunmuş bir sıra məhdudlaşdırıcı ölçülərin dayandırılması ilə bağlı qərar qəbul edib. Bu qərar Suriyada inklüziv siyasi keçidə və onun sürətli iqtisadi bərpası, yenidən qurulması və sabitləşməsinə dəstək üzrə Avropa İttifaqı səylərinin bir hissəsidir", - bəyanatda qeyd olunur.
Sənəddə Avropa İttifaqının Bəşər Əsəd rejimi dövründə Suriyanın bir sıra sektorlarına, o cümlədən, enerji və nəqliyyat sahələrinə tətbiq etdiyi sanksiyaları ləğv etdiyi qeyd olunur.