“Trampın ABŞ prezidenti kimi müddətini başa vura biləcəyinə inanmıram”- ÖZƏL

"Zelenskinin Ər-Riyadda ABŞ - Rusiya danışıqlarının nəticəsini qəti rədd etməsi ilə Trampın gələcək siyasi hakimiyyətini laxladır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Qısa müddətdə Tramp idarəçiliyinə qarşı az qala bütün ABŞ ştatlarında mitinqlərə başlanıldı. Trampın ABŞ prezidenti kimi müddətini başa vura biləcəyinə inanmıram. Heç şübhəsiz ki, prezident Trampa qarşı impiçment irəli sürüləcək. Onun siyasətini nəinki rəqib demokratlar, hətta mənsub olduğu bəzi respublikaçılar da ABŞ üçün təhlükəli sayır. Trampın Fələstin, Qəzza, Kanada, Panama, Qrelandiya açıqlamaları və Rusiya ilə görünən yaxınlığı ona qarşı həm daxildən və həm də beynəlxalq müstəvidə təzyiqləri artıracaq. Ukrayna - Böyük Britaniya arasında strateji tərəfdaşlıq sazişi, Türkiyə - Ukrayna münasibətləri də Ukraynanın qorunmasında əhəmiyyətli faktordur. Trampın qeyri-adekvat siyasi xətti onu həqiqətən təhlükəli və çətin siyasi fiqura çevirir. Məhz Trampın bu xarakteri onu Putin üçün çətin rəqib, siyasi xarakterik baxımdan isə həm də oxşar edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31