Ağ Ev real təhlükə mənbəyi kimi Çini görür- ÖZƏL
15:12 Siyasət" Ağ Ev bu gün ABŞ-yə real təhlükə mənbəyi kimi Çini hesab edir. Bunu istər keçmiş Bayden komandası, istərsə də Tramp komandası açıq şəkildə bəyan edirlər ki, qısa zaman kəsiyində bu təhlükə aradan qaldırılmazsa, o zaman bu qarşısıalınmaz prosesə çevrilə bilər. Bu da yekunda ABŞ-nin hərtərəfli məğlubiyyəti ilə nəticələnə bilər. Odur ki, Ağ Ev diqqətini Çin cəbhəsinə çevirmək və bu təhlükəni zərərsizləşdirmək üçün müvəqqəti güzəştlər hesabına olsa da, Moskva ilə razılşama əldə etməkdə maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şırhçi Murtuza Bünyadlı deyib: "Tramp Bayden komandasından fərqli olaraq sonsuz və qalib gəlməz müharibəyə sürükləmədən Çin üzərində qələbəyə nail olmaq istəyir. Tramp məqsədlərinə nail olmaq üçünsə sələflərinin "demokratiya", "qanunun aliliyi", "insan haqları" kimi "silahlardan" imtina edərək, açıq formada təhdidlərdən istifadəyə üstünlük verir.
Tramp Si Cinpinin Çinin uzunmüddətli məqsədlərinə nail olmadan Pekin üzərində qələbəsini təmin etmək istəyir. Bunun üçün də Ağ Ev Pekinə qarşı iqtisadi-ticari-maliyyə sanksiyalarını, eyni zamanda hərbi-psixoloji təzyiqlərini, hibrid təhdidlərini artıracaq".