Prezident İlham Əliyevin Pakistana son səfəri ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi - Baş nazir

Prezident İlham Əliyevin Pakistana son səfəri ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi.

Olaylar.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı çıxışında deyib.

"Sizin Pakistana son səfəriniz ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi. Pakistan xalqı səfəriniz zamanı çox sevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz.

Eyni zamanda, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır. Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik.

Zati-aliləri, bu səhər keçirilmiş təkbətək görüşümüzdə bizim çox yaxşı və məhsuldar müzakirəmiz oldu", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31