Tramp Putinin xilaskarına çevrildi- ÖZƏL

"1991ci ildə, yəni SSRİ-nin  fatihəsinin oxunduğu vaxt Bakı şəhərində kiçik bir məmur öz şanlı kabinetində  Mixail Qorbaçovun poriterini asmışdı. Həmin şəxsdən o zaman soruşurdular ki, bu şəkli niyə otaqda saxlamısan? Rusiya sevdalısı  olan həmin kiçik məmur cavab verirdi ki, mən SSRİ-nin dağılacağına inanmıram və ölkə xilas olacaq. Bu 70 illik rejimin manqurtlaşdırmasının bariz nümunəsi idi". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Hazırkı məqamda isə SSRİ-nin varisi Rusiyanın tamamilə zəiflədiyi vaxtda ABŞ-da Tramp peyda oldu və o, Putinin müdafiəçisinə, xilaskarına  çevrildi. Hətta Rusiya-Ukrayna müharibəsinin başlanmasında Putinin heç bir günahı olmadığını bəyan edir. Anlamaq olmur ki, ABŞ prezidenti Tramp qeyri ciddi siyasətçidir, yoxsa Rusiyanı oyuna çəkib. Mənim qənaətimcə, hər iki variant ola bilər.   
Biznes maraqları çərçivəsində  hadisələrə yanaşıb işğala məruz qalan bir ölkəni ittiham etmək  gələcəkdə digər münaqişələrin həlli üçün çox ədalətsiz president yaradar. Belə yanaşmalar beynəlxalq münasibətlər sistemində qoçuluğa, dəlililiyə gətirib çıxarar.
Ukraynaya böyük fəlakətlər gətirən, şəhərləri yer üzündən silən Rusiya işğalı bəşəriyyət üçün təhlükədir. Bu müharibəyə görə, Rusiyaya haqq qazandırmaq heç bir hüquqa, bəşəri dəyərlərə sığan məsələ deyil.  Yalnız ədalətli yanaşma bu müharibəyə son qoyar və sülhə, sabitliyə gətirib çıxarar.
Bizdə antirus əhaval-ruhiyyəsi yoxdur. Rus mədəniyyətini, ədəbiyyatını, poeziyasını sevirik. Lakin Rusiya işğalını, rus şovinizmini qəbul etmək mümkünsüzdür. Məhz bu gün ona görə, Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edirik. Gec-tez qoçuluğun, dəliliyin deyil, məhz xeyirin şər üzərində qalib gələcəyinə inanırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31