Xocalı soyqırımını hüququ müstəviyə çıxarmaq zərurəti yaranıb- ÖZƏL
24 Fevral 2025 12:14 Siyasət"Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu, belə də olmalıdır. Yalnız Xocalı hadisələrinin ildönümü günlərində deyil, hər zaman biz bu tədbirləri beynəlxalq ictimaiyyəti maraqlandıracaq formada təşkil etməliyik. Burada bütün vasitələrdən yararlanmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Ancaq bu təbliğat üsulları ilə bərabər daha ciddi mexanizmlər üzərində çalışmaq lazımdır. Nəhayət, Xocalı məsələsini hüququ müstəviyə çıxarmaq zərurəti yaranıb. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə də Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.
Xocalı soyqırımında dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq".
Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib.