Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubunda Azərbaycan ilə Estoniya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inamını bildirib.

Prezident İlham Əliyev bu əlamətdar gün münasibətilə Prezident Alar Karisə ən xoş arzularını çatdırıb, Estoniya xalqına daimi əmin-amanlıq və rifah arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31