İsveçli deputat: "Ermənistanın Aİ-yə üzvlük prosesi həm İrəvan, həm də Brüssel üçün faydalıdır"

İsveçli parlament üzvü Erik Helsborn Ermənistan parlamentinin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq barədə qəbul etdiyi qərarı müsbət qiymətləndirib. O, bunun həm İrəvan, həm də Brüssel üçün faydalı olacağına inanır.

Olaylar  xəbər  verir  ki İsveç parlamentinin deputatı bu fikirləri "Armenpress" agentliyinə müsahibəsində səsləndirib. Erik Helsborn qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlük yolu uzun və çətin olacaq.

"Bu, çox pozitiv qərardır. Mən dərin inanıram ki, Ermənistanın gələcəyi demokratik Qərblə bağlıdır. Təbii ki, Aİ-yə üzvlük prosesi uzun və yüksək tələblərlə dolu olacaq. Bu, böyük bir addım və doğru istiqamətdir. Düşünürəm ki, bu qərar həm Ermənistan, həm də Avropa İttifaqı üçün faydalı olacaq", - deyə isveçli deputat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31