Xocalı soyqırımı bəşər tarixində bir vəhşilik aktıdır- ÖZƏL

"Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımı dünyaya göstərdi ki, bu mənfur qonşumuz necə insanlıqdan kənar bir toplumdur, həmin faciə bəşər tarixində bir vəhşilik aktıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: "Xocalı soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi: "487 insan şikəst olub, 1275 insan əsir götürülüb, 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Xocalı qətliamı zamanı qadın, uşaq, yaşlı demədən insanların qəddarcasına qətlə yetirilməsi bəşər tarixinin görmədiyi bir vəhşilik idi. Bu tarixi biz heç vaxt unutmayacağıq. Bu gün "Xocalıya ədalət" kampaniyası bütün dünya ictimaiyyətinə faciənin çatdırılmasında müstəsna rol oynayır. "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31